Xəbər lenti

"Rabitəbank" 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Ekonomiks18:52 14.10.2026

"Rabitəbank" 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Rabitəbank” 2026-cı ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabat dövründə bank 13 milyon 757 min manat xalis mənfəət əldə edib.

“Rabitəbank”ın aktivləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz artaraq 1 milyard 453 milyon manata çatıb.

Kredit portfeli 1 milyard manatı ötüb

2026-cı ilin 9 ayının nəticələrinə əsasən, “Rabitəbank”ın ümumi kredit portfelində də artım qeydə alınıb. Portfel ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz böyüyərək 1 milyard 25 min manat təşkil edib.

Kredit portfelində ən böyük pay biznes kreditlərinin üzərinə düşüb. Bu istiqamət üzrə portfel 6,7 faiz artaraq 460 milyon 97 min manata çatıb. İstehlak kreditləri portfeli 5,5 faiz artımla 360 milyon 550 min manat, ipoteka kreditləri portfeli isə 13,7 faiz artımla 204 milyon 767 min manat təşkil edib.

Əmanət portfelində artım davam edib

“Rabitəbank”ın əmanət portfeli də hesabat dövründə müsbət dinamika nümayiş etdirib. 2026-cı ilin 9 ayının yekunlarına əsasən, ümumi əmanət portfeli 7 faiz artaraq 848 milyon 74 min manata yüksəlib. Fiziki şəxslərin bankdakı əmanətlərinin həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz artaraq 620 milyon 195 min manat olub.

Hesabat dövründə “Rabitəbank”ın faiz gəlirləri 19,2 faiz artaraq 118 milyon 537 min manata çatıb. Qeyri-faiz gəlirləri isə ötən ilin analoji dövrü ilə müqayisədə 1,9 faiz artaraq 35 milyon 614 min manat təşkil edib.

2026-cı ilin 9 ayının sonunda bankın məcmu kapitalı 134 milyon 125 min manat olub.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə “Rabitəbank” müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları Azərbaycan Banklar Assosiasiyasının prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 79 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.