Xəbər lenti

Zaur Rzayevin vəziyyəti ağırdır
Ölkə17:49 14.10.2026

Zaur Rzayevin vəziyyəti ağırdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Zaur Rzayevin səhhəti yenidən pisləşib.

Qaynarinfo Axşam.az-a istinadla xəbər verir ki, bir neçə gün əvvəl müğənni yenidən xəstəxanaya aparılıb.

Xalq artistinin ailəsi onun reanimasiyaya yerləşdirildiyini bildirib:

“İndi evə buraxılıb. Vəziyyəti ağırdır. Amma həkimlər müalicənin evdə davam etdirilməsini məsləhət görüblər. Hazırda müalicəsi davam edir”.

Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilmişdi. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.