Xəbər lenti

Hindistana uçan təyyarə qaçırılma siqnalı verdi
Dünya16:04 14.10.2026

Hindistana uçan təyyarə qaçırılma siqnalı verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniyanın Frankfurt şəhərindən Hindistanın paytaxtı Yeni Dehliyə uçan “Air India” aviaşirkətinə məxsus təyyarə qaçırılma ehtimalı ilə bağlı həyəcan siqnalı göndərib.

Qaynarinfo-nun AFP-yə istinadən məlumatına görə, AI-2030 nömrəli reysin pilotu beynəlxalq aviasiyada təyyarənin qaçırıldığını və ya ona müdaxilə edildiyini bildirmək üçün istifadə olunan “Squawk 7500” transponder kodunu aktivləşdirib.

Əhmədabad Hava Hərəkətinə Nəzarət Mərkəzi yerli vaxtla saat 09:00 radələrində təyyarədən bir neçə saniyə davam edən fövqəladə vəziyyət siqnalı qəbul edib. Bundan sonra təyyarə Hindistanın şimal-qərbində yerləşən Caypur şəhərinə yönləndirilib.

Təyyarə yerli vaxtla saat 09:35-də Caypur Beynəlxalq Hava Limanına təhlükəsiz eniş edib və təhlükəsizlik yoxlamaları üçün ayrılmış əraziyə aparılıb. İlkin yoxlamalar zamanı uçuşun normal həyata keçirildiyi müəyyən olunub.

Hava limanının rəhbərliyi bütün sərnişinlərin təhlükəsiz olduğunu və təyyarədən təxliyə edildiklərini açıqlayıb. “Hindustan Times” qəzetinin polis mənbələrinə istinadən yaydığı məlumata görə, təyyarə bomba təhdidindən sonra məcburi eniş edib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Günay