
Avropanın ən böyük avtomobil bazarı olan Almaniyada 2026-cı ilin ilk doqquz ayında yeni avtomobillərin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb. Bu müddətdə ölkədə 2 224 779 yeni avtomobil satılıb.
Qayanrinfo xəbər verir ki, bu barədə “Focus2Move” məlumat yayıb.
Satışların artması bir sıra premium modellərə və bəzi elektrik avtomobillərinə tələbatın yüksəlməsi ilə əlaqələndirilir. Bununla belə, ən populyar avtomobil markalarının satış göstəriciləri fərqli dinamika nümayiş etdirir: bəzi modellərin satışları azalır, digərləri isə bazardakı mövqelərini gücləndirir.
“Volkswagen” reytinqdə üstünlüyünü qoruyur. Brendin yeddi modeli ən populyar avtomobillər siyahısına daxil olub. Ənənəvi olaraq ilk sırada qərarlaşan “Volkswagen Golf” modelinin satışları 4,1 faiz artıb. “Volkswagen T-Roc” modelinin satışları isə 20,3 faiz azalıb. “Tiguan” modelində 9,9 faiz, “Passat” modelində isə 19,2 faiz azalma qeydə alınıb.
“Skoda” modelləri sabit müsbət dinamika ilə seçilir. Bu göstərici “Volkswagen” modellərinin qarışıq nəticələri ilə ziddiyyət təşkil edir.
“Tesla Model Y” modelinin satışları 199,2 faiz artıb. Bu, reytinqdəki avtomobillər arasında ən yüksək artım göstəricilərindən biridir. Artım tempinə görə liderlər arasında 92,3 faiz yüksəlişlə “Skoda Elroq” da yer alıb. “Skoda Enyaq” modelinin satışları 31,7 faiz, “Volkswagen ID.3” modelinin satışları isə 6,5 faiz artıb.
Almaniyada ən populyar avtomobillər
1. “Volkswagen Golf” (+4,1%)
2. “Volkswagen T-Roc” (−20,3%)
3. “Volkswagen Tiguan” (−9,9%)
4. “BMW X1” (+16,7%)
5. “Mercedes GLC” (+38,0%)
6. “Opel Corsa” (−1,2%)
7. “Skoda Octavia” (+2,1%)
8. “Mini” (+30,8%)
9. “BMW X3” (+80,1%)
10. “Audi A6” (+19,2%)
11. “Skoda Elroq” (+92,3%)
12. “Tesla Model Y” (+199,2%)
13. “Volkswagen Passat” (−19,2%)
14. “Mercedes CLA” (+127,6%)
15. “Volkswagen Transporter” (−2,2%)
16. “Volkswagen ID.3” (+6,5%)
17. “Skoda Enyaq” (+31,7%)
18. “Fiat Ducato” (−9,8%)
19. “Skoda Kodiaq” (+10,0%)
20. “Volkswagen T-Cross” (+4,6%)
Aydın
