Xəbər lenti

Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat aldı
İdman15:00 13.10.2026

Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

FİFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb.

Qaynarinfo xəbər verir ki, o, UEFA Avropa Liqasının əsas mərhələsində Niderlandın NEK və Bolqarıstanın “Levski” (Sofiya) komandaları arasında keçiriləcək II tur qarşılaşmasını idarə edəcək.

Ə.Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Görüş oktyabrın 15-də Neymegen şəhərindəki "Qoffert" stadionunda təşkil olunacaq.