Xəbər lenti

Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı (FOTO/VİDEO)
Ölkə13:46 13.10.2026

Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yasamal rayonunda yerləşən orta məktəblərin birində oktyabrın 12-də yanğın törətməyə cəhd göstərilib.

Qaynarinfo xəbər verir ki, Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məhəmməd İsmayılov, eləcə də həmin məktəbin 10 və 11-ci sinif şagirdi olan daha 5 nəfər saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.