
Benin millisinin baş məşqçisi Tyunde Adelakun “The African Football Club” nəşrinə müsahibəsində Lionel Messinin vida matçında iştirak etmək üçün dəvət aldıqları argentinalıların münasibətindən narazı qaldığını bildirib.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, səfər boyunca onlarla sanki quldurmuşlar kimi davranılıb.
“Argentinalıların kobud münasibəti məni heyrətləndirdi. Matçın sonunda əl sıxma mərasimi tələsik və formal xarakter daşıyırdı. Futbolçularımızın təbrik etmək üçün gəldikləri şəxsin yanına yaxınlaşmaq cəhdləri isə təhlükəsizlik əməkdaşları tərəfindən kifayət qədər düşmən münasibətlə qarşılanırdı”, deyə Adelakun bildirib.
Oktyabrın 7-nə keçən gecə Lionel Messi Argentina millisinin heyətində sonuncu matçını keçirib. Benin yığmasına qarşı oyun Argentina millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Nikolas Otamendi və Niko Pas vurublar. Messi isə 71-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Bundan əlavə, hücumçu iki məhsuldar ötürmə ilə yadda qalıb. Avqustun 31-də Messi Argentina millisindəki karyerasını başa vurduğunu rəsmən elan etmişdi.
Aydın