Xəbər lenti

Azərbaycanın FIFA referisi "Roma" - "Real Madrid" oyununu idarə edəcək
İdman11:00 13.10.2026

Azərbaycanın FIFA referisi "Roma" - "Real Madrid" oyununu idarə edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb.

AFFA-dan Qaynarinfo-ya bildirilib ki, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək “Roma” (İtaliya) - “Real Madrid” (İspaniya) oyununu idarə edəcək.

Umudluya yan xətt hakimləri Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını italiyalı Davide Di Marko yerinə yetirəcək.

Oktyabrın 14-də Roma şəhərində yerləşən “Tre Fontane” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.