Xəbər lenti

Şakira ilə "Real"ın sabiq oyunçusu arasında eşq münasibəti iddiası
Maqazin17:55 13.10.2026

Şakira ilə "Real"ın sabiq oyunçusu arasında eşq münasibəti iddiası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kolumbiyalı müğənni Şakiranın şəxsi həyatı ilə bağlı yeni iddialar gündəmə gəlib. Sənətçinin “Real Madrid”in sabiq basketbolçusu, konqolu ispaniyalı Serj İbaka ilə münasibətdə ola biləcəyi barədə xəbərlər yayılsa da, onlara yaxın mənbələr cütlüyün yalnız dost olduğunu bildiriblər.

Qaynarinfo xəbər verir ki, ABŞ-ın “Univision” telekanalında yayımlanan “El Gordo y La Flaca” proqramında Şakiranın İbakaya maraq göstərdiyi iddia olunub. Proqramda qeyd edilib ki, tərəflər münasibətləri barədə xəbərlər yayılmamışdan əvvəl bir-birlərini daha yaxından tanımaq üçün görüşlərini diqqətdən kənarda saxlamağa çalışıblar.

Məlumata görə, Şakira və İbaka son aylarda Madriddə bir neçə dəfə görüşüblər. Onların Paris Moda Həftəsi zamanı da Fransa paytaxtında eyni vaxtda olmaları mümkün münasibət barədə söz-söhbətləri daha da artırıb. Jurnalist Aurelio Manzanonun müğənniyə yaxın mənbələrlə əlaqə saxladığı, görüşlərin baş verdiyinin təsdiqləndiyi, lakin tərəflərin bir-birini dost kimi gördüklərinin bildirildiyi vurğulanıb.

Bu iddialar Şakiranın “Barselona”nın sabiq futbolçusu Jerar Pike ilə 2022-ci ilin iyununda ayrılmasından sonra ortaya çıxıb. Cütlüyün münasibətlərinin sona çatması uzun müddət mətbuatın diqqət mərkəzində olub.

Şakira hazırda yeni albomunun tanıtım turu çərçivəsində fəaliyyətini davam etdirir. O, Madriddə 16 gün davam edən konsert proqramı ilə diqqət çəkib. İbaka isə 2024–2025 mövsümünün sonunda “Real Madrid”lə müqaviləsi başa çatdıqdan sonra hələlik yeni klubla anlaşmayıb.

Qeyd edək ki, nə Şakira, nə də İbaka aralarında romantik münasibət olduğunu rəsmən təsdiqləyib. Buna görə də onların münasibətlərinin xarakteri ilə bağlı yayılan məlumatlar hələlik iddia olaraq qalır.

Aydın