Xəbər lenti

Azərbaycanlı şoumenin 2,3 milyon aliment borcu var
Maqazin13:40 29.11.2026

Azərbaycanlı şoumenin 2,3 milyon aliment borcu var

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan əsilli rusiyalı şoumen, müğənni və teleaparıcı Timur Rodrigesin (Timur Kərimov) keçmiş həyat yoldaşı Anna Devoçkinaya 2 milyon 370 min rubl aliment borcu ödəməlidir.

Qaynarinfo xəbər verir ki, Moskvanın Presnenski Rayon Məhkəməsi sənətçinin borcdan azad olunması ilə bağlı iddiasını rədd edib. Bu barədə “Finans Mail” Federal Məhkəmə İcraçıları Xidmətinin (FSSP) məlumatlarına istinadən yazıb.

Məlumata görə, Rodriges boşandıqdan sonra notarial qaydada təsdiqlənmiş saziş əsasında iki azyaşlı oğlunun saxlanılması üçün hər ay 1,5 milyon rubl, keçmiş həyat yoldaşına isə 500 min rubl ödəməyi öhdəsinə götürüb.

2025-ci ildə sənətçi məhkəməyə müraciət edərək aliment məbləğinin azaldılmasını və keçmiş həyat yoldaşına ödənişlərin dayandırılmasını istəyib. Məhkəmə uşaqlar üçün nəzərdə tutulan alimentin azaldılması tələbini rədd etsə də, keçmiş həyat yoldaşının saxlanılması ilə bağlı sazişin ləğvinə razılıq verib.

Bununla belə, sazişin qüvvədə olduğu dövrdə yaranmış borc qüvvədə qalıb. Noyabrın 26-da məhkəmə Rodrigesi 2 milyon 370 min rubl borcu ödəməkdən azad etməyib.

Qeyd edək ki, Timur Rodrigez və Anna Devoçkina 2007-ci ildə ailə qurublar. Cütlüyün bu nikahdan iki oğlu var. Ayrılığın səbəbi ilə bağlı Annanın şoumenin xəyanətlərinə eyham vurduğu bildirilsə də, Rodrigez bu iddiaları rədd edib. Bundan qısa müddət sonra sənətçi yeni sevgilisi Katya Kabakla ictimaiyyət qarşısına çıxmağa başlayıb.

Rodrigez və Kabakın 2023-cü ilin payızından münasibətdə olduğu bildirilir. 2025-ci ilin mayında şoumen Anna Devoçkina ilə 16 illik evliliyinə rəsmən son qoyub. Həmin vaxt Anna xaricdə olub və Timur telefon danışığı zamanı ona ayrıldıqlarını bildirib.

Rodrigez və Kabak bu ilin iyununda ailə qurublar.

Aydın