
Hollivud aktrisası AnnaLinn Makkord maddi çətinliklər yaşadığı dövrdə aldığı bir təklifin həyatını dəyişdiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, 39 yaşlı aktrisa bu barədə “Hollywood Hills Magazine” nəşrinə müsahibəsində danışıb.
AnnaLinn Makkordun sözlərinə görə, o, 2024-cü ildə “Days of Our Lives” serialının heyətinə qoşulmazdan əvvəl ciddi maliyyə problemləri ilə üzləşib. Hətta həmin vaxt kredit kartları üzrə borclarını ödəməyə belə imkanı olmayıb.

Aktrisa bildirib ki, serialdan təklif aldığı günün səhərində maddi vəziyyətinin nə qədər ağır olduğunu anlayıb. Lakin elə həmin gün günortadan sonra kastinq direktoru Marnie ona zəng edərək layihədə rol almaq istəyib-istəmədiyini soruşub.
McCord təklifi böyük sevinclə qəbul etdiyini deyib:
“Bu sehrli məkanda işləmək fürsətinin təklif olunduğu gün çox sarsıdıcı telefon danışığım olmuşdu. Kredit kartlarımın borclarını ödəməyə belə pulum olmadığını öyrənmişdim. Bu sahədə çalışanda vəziyyətin nə qədər dəyişkən olduğunu anlayırsınız. Bir an zirvədə ola, növbəti an isə hər şeyinizi itirə bilərsiniz”.

Aktrisanın sözlərinə görə, “Days of Our Lives” serialında çəkilməsi onun maliyyə vəziyyətini yaxşılaşdırmaqla yanaşı, karyerasında da yeni mərhələnin başlanğıcı olub. O, bu rola görə “Gələcək vəd edən ən yaxşı istedad” kateqoriyasında “Emmy” mükafatına namizəd göstərilib.
AnnaLinn Makkord həmin dövrü həyatında yenidən doğulduğu mərhələ kimi xarakterizə edib.
Qeyd edək ki, aktrisa bu ilin avqustunda idman ulduzu Denni Çipriani ilə Los-Ancelesdəki evlərinin həyətində ailə həyatı qurub. O, daha əvvəl “Ugly Betty”, “The O.C.”, “Greek”, “90210” və “Nip/Tuck” kimi seriallarda da rol alıb.
Aydın