Xəbər lenti

Ofelya Şabanova: "Şəhid ailəsinin toyuna getmək üçün 5 min manat istəyən müğənni var"
Maqazin13:54 24.11.2026

Ofelya Şabanova: "Şəhid ailəsinin toyuna getmək üçün 5 min manat istəyən müğənni var"

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müğənni Ofelya Şabanova toylara yüksək qonorarla gedən həmkarlarından biri ilə bağlı açıqlama verib.

Qaynarinfo xəbər verir ki, sənətçi şəhid ailəsinin məclisində iştirak etmək üçün 5 min manat qonorar tələb edən müğənninin olduğunu bildirib.

Ofelya Şabanova həmin hadisəni belə nəql edib:

“Müğənni var, adını çəkə bilmərəm. Ona zəng ediblər ki, şəhidimizin balasının kiçik toyudur, səni də orada görmək istəyirik. Mən həmin toyda sevə-sevə oxudum. Şəhidin anası mənə yaxınlaşaraq dedi ki, filan müğənniyə zəng edib. Həmin müğənni əvvəlcə 5 min manat qonorar istəyib, sonra isə 4500 manata getməyə razılaşıb. İndi efirlərdə həmin müğənni mənəm-mənəm deyir”.

Ofelya Şabanova şəhid ailəsinin məclisində iştirak etmək üçün yüksək qonorar tələb edən həmkarının bu davranışını qınayıb.

Bahar Rüstəmli