Xəbər lenti

Azərbaycanlı müğənni Rusiyanın məşhur musiqi layihəsində
Ölkə20:47 22.11.2026

Azərbaycanlı müğənni Rusiyanın məşhur musiqi layihəsində

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan əsilli müğənni Bahh Tee (Bəxtiyar Əliyev) Rusiyada yenidən yayımlanacaq “Ulduzlar fabriki” layihəsinin komandasına qoşulub.

Qaynarinfo xəbər verir ki, bu barədə sənətçi “Lotus Media” teleqram kanalına açıqlamasında bildirib.

Bahh Tee layihənin seçim mərhələsində iştirak etdiyini və ümumilikdə 24 ifaçının seçildiyini açıqlayıb. Müğənni onlardan üçünə şəxsən mentorluq edəcək:

“Hələlik üç nəfər seçmişəm: bir oğlan və iki qız. Bəlkə də onlardan biri sonradan mənim bek-vokalçım olar. Zarafat edirəm, istəyirəm ki, onlar ulduz olsunlar”.

Qeyd edək ki, Bahh Tee 2010-cu illərdə “Любви достойна только мама” və “10 лет спустя” mahnıları ilə məşhurlaşıb. O, karyerası ərzində “Руки Вверх!”, HammAli & Navai, Emin, Oleq Qazmanov, Ciqan və digər tanınmış ifaçılarla əməkdaşlıq edib.