Xəbər lenti

"Neftçi" "Araz-Naxçıvan"a qalib gəldi, vahid liderə çevrildi
İdman16:29 22.11.2026

"Neftçi" "Araz-Naxçıvan"a qalib gəldi, vahid liderə çevrildi

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misli Premyer Liqasının XII turunda "Neftçi" səfərdə "Araz-Naxçıvan"a qalib gəlib.

Qaynarinfo xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə bitib.

Bakı komandasının heyətində Qustavo Klisman (19, 74) və Draqolyub Saviç (70) fərqləniblər. Qonaqların futbolçusu Rüfət Abbasov (82) isə topu öz qapısına yollamaqla avtoqol müəllifi olub.

Bu qələbə sayəsində "Neftçi" xallarının sayını 27-ə çatdıraraq turnir cədvəlində vahid liderə çevrilib.

"Araz-Naxçıvan" isə 4 xalla sonuncu - on ikinci sırada qərarlaşıb.

Xatırladaq ki, XII turun əvvəlki oyunlarında "İmişli" "Zirə" ilə heç-heçə (2:2) edib. "Sabah" səfərdə "Sumqayıt"ı (5:1), "Turan Tovuz" "Şamaxı"nı (2:0), "Qəbələ" isə "Şəfa"nı (2:0) məğlub edib.