Xəbər lenti

I Lənkəran Beynəlxalq Film Festivalının qalibləri müəyyənləşdi (SİYAHI)
Sənət14:24 22.11.2026

I Lənkəran Beynəlxalq Film Festivalının qalibləri müəyyənləşdi (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

18-21 noyabr tarixlərində keçirilən I Lənkəran Beynəlxalq Film Festivalı başa çatıb.

Qaynarinfo xəbər verir ki, festivalın müxtəlif nominasiyaları üzrə qaliblər münsiflər heyətinin qərarı ilə müəyyənləşib.

Beynəlxalq münsiflər heyətinin qərarına əsasən, festivalın Qran-pri mükafatına Elvin Adıgözəlin “Bağışla məni bu gecə” filmi layiq görülüb.

Digər nominasiyalar üzrə qaliblər isə belə müəyyənləşib:

- Ən yaxşı qısametrajlı bədii film – Daniel Quliyevin “Uzaq” filmi;

- Ən yaxşı qısametrajlı sənədli film – Elməddin Süleymanovun “Planda Bayırşəhər” filmi;

- Ən yaxşı qısametrajlı animasiya filmi – Kübra Binnətovanın “Eyni yağışın altında” filmi;

- Ən yaxşı rejissor – “Qütb ulduzu” filminə görə Şirin Əhmədov;

- Ən yaxşı ssenari – “Hasar” filminə görə Nicat Dadaşov;

- Ən yaxşı təsvir rejissoru – “Uzaq” filminə görə Orxan Abbasov;

- Ən yaxşı rəssam – “Bağışla məni bu gecə” filminə görə Çiçək Bayramlı;

- Ən yaxşı aktrisa – “Qütb ulduzu” filmindəki roluna görə Hüsniyyə Mürvətova;

- Ən yaxşı aktyor – “Nəfəs” filmindəki roluna görə Vüsal Hacıqadir.

Münsiflər heyətinin xüsusi mükafatları isə “Prius” filminə görə Emil Əliyə və “Nigaran” filminə görə Orxan Adıgözəlova təqdim olunub.

Festival çərçivəsində fəaliyyət göstərən “Juri de Lankon”un seçimində də bir sıra ekran əsərləri fərqlənib. Bu münsiflər heyətinin qərarı ilə Tahir Tahiroviçin “Qırmızı” filmi ən yaxşı film seçilib.

Elvin Adıgözəl “Bağışla məni bu gecə” filminə görə ən yaxşı ssenari, Leylaxanım Qəmbərli “Böyük qırmızı ev” filminə görə ən yaxşı rejissor, Aytac Süleymanova “Planda Bayırşəhər” filminə görə ən yaxşı təsvir rejissoru, Məsud Pənahi isə “Narqız” filminə görə ən yaxşı rəssam nominasiyasında mükafatlandırılıb.

Bundan başqa, festivalda xüsusi mükafatlar da təqdim olunub. Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin mükafatına “Hasar” filminə görə Qulu Əsgərov kinoda sülh və humanizm ideyalarını təbliğ etdiyinə görə layiq görülüb.

Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran şəhər şöbəsinin xüsusi mükafatı müharibə faciəsini dolğun əks etdirən “Titrəmə” filminə görə Amil Məmibəyliyə verilib.

“Memuar Films”in mükafatını isə sənədli kinoda müharibə mövzusunu araşdırdığına görə “Yaralı Ruhlar” filminin müəllifi Taleh Urfansoy qazanıb.

Qeyd edək ki, festivalın təşkilatçıları qalibləri təbrik edərək, müsabiqəyə film göndərənlərə, tədbirdə iştirak edən tamaşaçılara və layihəyə dəstək göstərən tərəfdaşlara təşəkkür ediblər.