Xəbər lenti

V Gəncə Kitab Sərgisinin açılış mərasimi keçirildi (FOTO)
Sənət10:37 16.11.2026

V Gəncə Kitab Sərgisinin açılış mərasimi keçirildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

V Gəncə Kitab Sərgisinin açılış mərasimi baş tutub. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Hədəf Şirkətlər Qrupunun icraçı direktoru, Azərbaycan Nəşriyyatlar Assosiasiyasının İdarə Heyətinin sədri, yazıçı, dosent Şəmil Sadiq və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov iştirak ediblər.

Kitabın, mütaliənin və mütaliə mədəniyyətinin təbliğinə xidmət edən sərgi nəşriyyatları, müəllifləri və kitabsevərləri bir araya gətirərək Gəncənin mədəni həyatına xüsusi rəng qatır. Sərgi çərçivəsində ziyarətçilər müxtəlif nəşriyyatların kitabları ilə tanış olmaq, sevdikləri müəlliflərlə görüşmək və zəngin ədəbi mühitin bir parçasına çevrilmək imkanı əldə edirlər.

Açılış mərasimi musiqi ifaları ilə də yadda qalıb. Səhnədə Royal Musa və Azərbaycan Milli Konservatoriyasının tələbəsi Fatimə Azərqızı çıxış edərək tədbir iştirakçılarına xoş anlar yaşadıblar.

Kitabın insanları bir araya gətirdiyi, sözün və sənətin görüşdüyü V Gəncə Kitab Sərgisi bütün kitabsevərləri bu zəngin ədəbi mühitə dəvət edir.