Xəbər lenti

Məktəblimiz Qazaxıstanda çempion oldu
İdman20:35 15.11.2026

Məktəblimiz Qazaxıstanda çempion oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Saatlı məktəblisi beynəlxalq idman turnirində fərqlənib.

Qaynarinfo xəbər verir ki, Qazaxıstanın Atırau şəhərində cüdo idman növü üzrə keçirilən beynəlxalq turnirdə Mustafa Məmmədli 66 kq çəki dərəcəsində I yeri tutaraq, yarışın çempionu olub.

Qeyd edək ki, M.Məmmədli Saatlı rayonunun Şirinbəyli kənd tam orta ümumtəhsil məktəbinin şagirdidir. O avqust ayında da Türkiyədə keçirilən beynəlxalq turnirdə çempion olub. (Oxu.az)