Xəbər lenti

Arif Mirzəyevin cənazəsi Azərbaycana gətirildi
Ölkə13:30 15.11.2026

Arif Mirzəyevin cənazəsi Azərbaycana gətirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyin nəşi Azərbaycana gətirilib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hazırda Əməkdar artistlə Təzə Pir məscidində vida mərasimi keçirilir.

Vida mərasimində mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, mərhumun yaxınları iştirak edir.

Qeyd edək ki, o, “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.