Xəbər lenti

Sumqayıtda parkda tapılan telefon iki dostu düşmən etdi
Ölkə10:01 15.11.2026

Sumqayıtda parkda tapılan telefon iki dostu düşmən etdi

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıtda 16 yaşlı məktəbli parkda tapdıqları mobil telefona görə dostuna ağır xəsarət yetirib.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Sülh küçəsində baş verib.

Belə ki, 2009-cu il təvəllüdlü Azər Məmmədov (soyadı şərtidir - red.) dostu Rəşadla birlikdə gecə saatlarında parkda gəzərkən yerdə mobil telefon tapıblar.

Rəşad telefonu götürərək satmağı və əldə olunan pulu bölüşdürməyi təklif edib. Azər də onun təklifi ilə razılaşıb.

Bir müddət sonra Azər telefonun aqibəti ilə maraqlanıb. Rəşad isə telefonu hələ satmadığını bildirib.

Bir neçə gün sonra Azər tanışlarından Rəşadın telefonu satdığını öyrənib. O, dostuna zəng edərək satışdan əldə olunan pulun yarısını tələb etsə də, Rəşad ona pul verməkdən imtina edib.

Hadisədən bir neçə gün sonra Azər küçədə gəzərkən təsadüfən Rəşadla qarşılaşıb. O, arxadan dostuna yaxınlaşaraq yerdən götürdüyü iri daşı zərblə onun başına vurub.

Nəticədə Rəşad ağır xəsarət alaraq yerə yıxılıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Azər saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmə istintaqı zamanı tərəflər barışıblar.

Məhkəmənin hökmü ilə Azər Məmmədov üç il müddətinə azadlıqdan məhrum edilib. Lakin məhkəmə onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək təyin olunmuş cəzanı şərti hesab edib.