Xəbər lenti

Səyyad Aran: "Bir il əvvəlki çıxışımın yenidən müzakirəsi mənə qarşı təxribatdır"
Ölkə14:54 14.11.2026

Səyyad Aran: "Bir il əvvəlki çıxışımın yenidən müzakirəsi mənə qarşı təxribatdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli Məclisin deputatı Səyyad Aranın 2025-ci ildə dövlət büdcəsinin müzakirəsi zamanı mədəniyyət naziri Adil Kərimli ilə bağlı səsləndirdiyi fikirlər yenidən gündəmə gətirilib və sosial şəbəkələrdə yayılıb.

Deputat Qaynarinfo-ya açıqlamasında bir il əvvəlki çıxışının yenidən müzakirəyə çıxarılmasını özünə qarşı təxribat kimi qiymətləndirib.

"Bu çıxış bir il bundan əvvəl olub. Biabırçılıqdır. Danışdım, qurtardı, getdi. Bu, namərdlikdir, mənə qarşı təxribatdır, ara qarışdırmaqdır, qaşınmayan yerdən qan çıxartmaqdır. Belə vicdansızlıq olar?", deyə Səyyad Aran bildirib.

Xatırladaq ki, deputat bir il əvvəl parlamentdə İmişli rayon Mərkəzi Şəhər Kitabxanası və Şəhər Uşaq Kitabxanasının yerləşdiyi köhnə binada çalışan 32 nəfərlik kollektivin zəruri sanitar qovşağının olmadığını diqqətə çatdırmışdı.

Səyyad Arandan həmin problemin həll olunub-olunmadığını, binada sanitar qovşağın tikilib-tikilmədiyini də soruşduq. Deputat cavabında hazırda İmişlidə olduğunu, seçiciləri ilə görüşlər keçirdiyini bildirib:

"Mən rayondayam, seçicilərimlə görüşürəm. Bu saat Saatlıdan gəlirəm. Qrafik üzrə seçicilərimlə görüşüb İmişliyə qayıdıram. Bir il bundan əvvəl deyilən sözü yenidən gündəmə gətirmək mənə qarşı təxribatdır".

Bahar Rüstəmli