Xəbər lenti

Qəzaya düşən deputat Təbriz Zeynalovun vəziyyəti barədə açıqlama
Ölkə13:50 14.11.2026

Qəzaya düşən deputat Təbriz Zeynalovun vəziyyəti barədə açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gecə saatlarında Naxçıvan-Ordubad magistralında baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasından APA-ya məlumat verilib.

Bildirilib ki, qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Əmrah İmamverdi oğlu Məmmədov Reanimasiya şöbəsinə yerləşdirilib. Naxçıvan MR Ali Məclisinin 1990-cı il təvəllüdlü deputatı Təbriz Eyvaz oğlu Zeynalovun müalicəsi isə Neyrocərrahiyə şöbəsində aparılır. Xəsarət alan hər iki şəxsin vəziyyətinin stabil, orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, “Hyundai” markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalı Hüseynəliyev vəfat edib. Qəzaya düşənlərin hər üçü qazidir. Faktla bağlı araşdırma aparılır.