Xəbər lenti

Bayram Səfərovun bacısı baş direktor vəzifəsindən çıxarıldı - Şöbə müdiri olacaq
Ölkə13:29 14.11.2026

Bayram Səfərovun bacısı baş direktor vəzifəsindən çıxarıldı - Şöbə müdiri olacaq

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Yasamal rayonunda fəaliyyət göstərən Şuşa Rayon Mərkəzi Xəstəxanasının və eyni zamanda Şuşa şəhərində yerləşən Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin baş direktoru Kəmalə Səfərova vəzifəsindən azad olunub.

Qayanrinfo-nun məlumatına görə, o, son yaş həddi ilə əlaqədar işdən azad edilib. Yerinə isə Mətanət Bünyadova təyin edilib.

Mətanət Bünyadova bundan əvvəl Şuşa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Kəmalə Səfərova isə bundan sonra sözügedən müəssisədə Səhiyyənin Təşkili şöbəsinin müdiri vəzifəsini tutacaq.

Qeyd edək ki, Kəmalə Səfərova Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun bacısıdır.

Aydın