Xəbər lenti

Bu qış xəz yaxalıqlar dəbdə olacaq – Stilistdən kombin məsləhətləri (FOTO)
Foto08:15 14.11.2026

Bu qış xəz yaxalıqlar dəbdə olacaq – Stilistdən kombin məsləhətləri (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Stilist Vlad Lisovets bu mövsüm xəz geyimlərin düzgün seçilməsi və kombinlənməsi ilə bağlı tövsiyələrini bölüşüb.

Qaynarinfo xəbər verir ki, mütəxəssis şəxsi bloqunda paylaşdığı fikirlərində xüsusilə xəz yaxalı geyimlərin aktuallığını vurğulayıb.

Onun sözlərinə görə, bu mövsümün əsas trendlərindən biri müxtəlif ölçü və formalarda təqdim olunan xəz yaxalıqlardır. Bu detal həm sadə, həm də daha cəsarətli geyim tərzlərinə uyğunlaşır. Xüsusilə rok-n-roll və “old money” üslubunda belə yaxalıqlardan istifadə etmək mümkündür.

Lisovets bildirib ki, hazırda qısa və ayrı-ayrı detallarda istifadə olunan xəz modellərinə də maraq artır. Klassik uzun xəz paltolar isə dəbdən düşməyib, sadəcə onların görünüşü dəyişib. Belə ki, bu mövsüm daha yığcam formalı, bədən quruluşunu vurğulayan, çiyinləri ön plana çıxaran və kəmərlə tamamlanan modellər üstünlük təşkil edir.

Stilist daha əvvəl də xəz palto geyinmək üçün noyabr ayının uyğun olduğunu bildirmişdi. O, xüsusilə xalatı xatırladan, həddindən artıq bədənə yapışan modellərdən uzaq durmağı tövsiyə etmişdi.

Aydın