Xəbər lenti

İspaniya sakini evinin divarında 500 illik tarixi abidə tapdı - 1 milyon dollar alacaq
Dünya20:49 13.11.2026

İspaniya sakini evinin divarında 500 illik tarixi abidə tapdı - 1 milyon dollar alacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İspaniyada yaşadığı evin divarları arasında 500 ildən çox yaşı olan memarlıq abidəsi aşkarlayan Xuan Fransisko Leon Katena 1 milyon dollardan artıq mükafat alacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.

Hadisə 2016-cı ildə baş verib. Xuan Fransisko Leon Katena tarixi şəhər mərkəzində köhnə bina alıb və atası ilə birlikdə təmir işlərinə başlayıb. Daxili divarların sökülməsi zamanı suvağın altında oyma naxışlarla bəzədilmiş daş fasad aşkarlanıb.

Mütəxəssislərin araşdırması nəticəsində məlum olub ki, tapılan tikili XIV əsrdə əsası qoyulmuş San-Xorxe xəstəxanasının kilsəsinə aiddir. XV əsrin sonlarında inşa edilən fasadın eni təxminən 15, hündürlüyü isə 11 metrdir. Memarlar abidənin layihəsini İspaniya İntibah dövrünün tanınmış nümayəndəsi Andres de Vandelvira ilə əlaqələndirirlər.

Tarixi abidənin aşkarlanmasından sonra binada adi təmir işlərini davam etdirmək mümkün olmayıb. Bütün işlər üçün xüsusi icazə tələb olunub, fasad isə dövlət mühafizəsinə götürülüb.

İspaniya qanunvericiliyinə əsasən, tarixi əhəmiyyət daşıyan belə tapıntıları üzə çıxaran şəxslərə pul mükafatı nəzərdə tutulur. Lakin Katena regional hakimiyyət orqanları ilə ödəniş məsələsində razılığa gələ bilməyib. Mübahisə Ali Məhkəməyə qədər gedib və məhkəmə onun xeyrinə qərar çıxarıb.

Tapıntıdan təxminən 10 il sonra ispaniyalı 1 milyon dollardan çox təzminat alacaq. O, tarixi fasadı qoruyub saxlamaq və gələcəkdə turistlərin ziyarəti üçün açmaq niyyətindədir.

Bununla belə, abidənin vəziyyəti hələ də narahatlıq doğurur. Qonşu binaların zədələnmiş damlarından sızan yağış suları tarixi tikiliyə zərər vurur. Katena isə vaxtın keçməsinə baxmayaraq, bərpa işlərinə hələ başlanılmadığını bildirir.

Aydın