Xəbər lenti

Azərbaycanda 251 min işsiz var
Ekonomiks17:56 13.11.2026

Azərbaycanda 251 min işsiz var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu il oktyabrın 1-nə Azərbaycanda 251,2 min nəfər işsiz kimi qeydiyyatda olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 9 aylıq "Pul Siyasəti İcmalı"nda bildirilir.

Sənədə əsasən, bu, ötən il oktyabrın 1-nə nisbətən 1,1 % çoxdur.

Real sektorun monitorinqi çərçivəsində aparılan sorğu nəticələrinə əsasən sentyabr ayında məşğulluq gözləntiləri üzrə göstəricilər plastik məmulatlar istehsalı, metallurgiya və tikinti materiallarının istehsalı kimi qeyri-neft-qaz istehsalı sahələrində müsbət zonada olub.