Xəbər lenti

Aynur Elgünəş əməliyyat olundu
Ölkə18:10 13.11.2026

Aynur Elgünəş əməliyyat olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Meydan” TV işi üzrə həbsdə olan jurnalist Aynur Elgünəş əməliyyat olunub.

Qaynarinfo-nun məlumatına görə, Vəkil Elçin Sadıqov APA-ya bildirib ki, cərrahiyyə əməliyyatı dünən Mərkəzi Gömrük Hospitalında icra olunub.

Qeyd edək ki, Aynur Elgünəş bir qədər əvvəl səhhətində yaranmış problemlə bağlı Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə yerləşdirilmişdi.

Xatırladaq ki, 2024-cü ilin dekabr ayında "Meydan" TV işi üzrə Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova saxlanılıb.

Onların barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

“Meydan” TV ilə bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı davam edir