Xəbər lenti

Külli miqdarda vergi ödəməkdən yayınmaqda şübhəli bilinən şəxs saxlanıldı
Ölkə18:20 13.11.2026

Külli miqdarda vergi ödəməkdən yayınmaqda şübhəli bilinən şəxs saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22 yanvar 1993-cü il tarixli Müqavilənin və "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq, Azərbaycan vətəndaşı Telman Musa oğlu Allahverdiyevin ekstradisiyası ilə bağlı Baş Prokurorluğun vəsatəti Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib.

Məlumata görə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırılan cinayət işi üzrə Telman Allahverdiyevin xüsusilə külli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Bununla əlaqədar onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub. İstintaqdan yayınaraq gizləndiyinə görə isə axtarışa verilib.

Telman Allahverdiyev Gürcüstan ərazisində saxlanılıb və Ədliyyə Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana gətirilib.