Xəbər lenti

ABŞ-da üç uşağı öldürən kişi 23 il sonra edam edildi
Dünya14:26 13.11.2026

ABŞ-da üç uşağı öldürən kişi 23 il sonra edam edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Texas ştatında üç azyaşlı uşağı amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən 46 yaşlı Con Allen Rubio edam olunub. O, törətdiyi cinayətə görə 23 il sonra ölümcül inyeksiya vasitəsilə cəzalandırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə “CBS” telekanalı məlumat yayıb.

Edam noyabrın 12-də Hantsvill şəhərindəki ştat həbsxanasında həyata keçirilib. Məlumata görə, ölümcül inyeksiya vurulduqdan 21 dəqiqə sonra Rubio ölü elan edilib.

Faciə 2003-cü ildə Braunvil şəhərində baş verib. Rubio üç uşağın – 3 yaşlı Cülissa Kesadanın, 14 aylıq Con E. Rubionun və 2 aylıq Meri Ceyn Rubionun qətlində təqsirli bilinib. O, uşaqlardan ikisinin bioloji atası olmayıb.

İş üzrə ilk ölüm hökmü apellyasiya məhkəməsi tərəfindən ləğv edilib. Buna səbəb məhkəmə prosesində Rubionun sevgilisi Anjela Kamaçonun ifadələrinin sübut kimi qanunsuz qəbul edilməsi olub.

İkinci məhkəmə prosesində Rubio əqli cəhətdən məsuliyyət daşımadığını əsas gətirərək günahsız olduğunu iddia etsə də, yenidən təqsirli bilinib və ölüm cəzasına məhkum edilib.

Qeyd edək ki, ABŞ-da bundan əvvəl Tennessi ştatında ölüm hökmünün icrası zamanı məhkum Krista Paykın iki dəfə pentobarbital inyeksiyası vurulmasına baxmayaraq sağ qaldığı bildirilmişdi. Qadın edamdan sonra xəstəxanaya aparılıb. Onun sonrakı taleyi ilə bağlı məlumat açıqlanmayıb.

Aydın