Xəbər lenti

Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa
Ölkə12:30 13.11.2026

Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda müəllimlər üçün yeni öhdəlik qoyulub.

Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə, bununla bağlı müvafiq qərar imzalanıb.

Qərara əsasən, təhsilverənlərin etik davranış qaydalarında yeni əlavələr edilib.

Yeni tələblərə əsasən, təhsilverən uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli, onların şərəf və ləyaqətinə hörmət etməlidir.

Həmçinin müəllimlər tərəfindən intizam tədbiri olaraq uşaqlara qarşı zorakılığın hər hansı formasının tətbiqi qadağandır.