Xəbər lenti

Avropanın şəhərləri filtrli siqaretlərin satışının qadağan olunmasını istəyir
Dünya17:33 13.11.2026

Avropanın şəhərləri filtrli siqaretlərin satışının qadağan olunmasını istəyir

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropanın bir sıra şəhərlərinin rəhbərliyi ətraf mühitin siqaret kötükləri ilə çirklənməsinin qarşısını almaq üçün filtrli siqaretlərin satışına qadağa qoyulmasını təklif edib.

Qaynarinfo xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Təşəbbüsə Brüssel, Münhen, Dublin, Genuya və digər Avropa şəhərlərinin rəhbərlikləri qoşulub. Onlar Niderland hökuməti və ekoloji təşkilatların dəstəklədiyi “No (Plastic) Filter” kampaniyası çərçivəsində Avropa İttifaqına çağırış ediblər.

Filtrli siqaretlərin satışından imtina edilməsini Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da dəstəkləyir. Təşkilatın məlumatına görə, Brüsseldə siqaret kötükləri şəhər ərazisindəki tullantıların təxminən üçdə birini təşkil edir. ÜST bildirir ki, dünyada siqaret tullantılarının təmizlənməsi və utilizasiyasına hər il 26 milyard dollar xərclənir.

“No (Plastic) Filter” kampaniyasının rəhbəri, Niderlandın “Fair Resource Foundation” təşkilatının nümayəndəsi Karl Berenfenqerin sözlərinə görə, ətraf mühiti çirkləndirən ən geniş yayılmış tullantı növlərindən biri siqaret filtrlərindəki plastikdir.

O qeyd edib ki, bu tullantılar təkcə təbiətə zərər vurmur, həm də bələdiyyələr və tullantıların idarə olunması ilə məşğul olan qurumlar üçün əlavə problemlər yaradır.

Aydın