Xəbər lenti

Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq
İdman20:28 13.11.2026

Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan milli komandasının heyətində Lixtenşteynlə keçiriləcək oyundan öncə dəyişiklik edilib.

Qaynarinfo AFFA-nın saytına istinadən xəbər verir ki, 23 nəfərlik heyətə daxil olan Anton Krivotsyuk çənə nahiyəsində yaranmış iltihabi proses səbəbindən millinin heyətindən çıxarılıb.

Qeyd edək ki, Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteyn yığması ilə qarşılaşacaq. "Reynpark" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.