Xəbər lenti

Məhəmməd Abdullayev Avropa yığmasının heyətində rinqə çıxacaq
İdman19:07 12.11.2026

Məhəmməd Abdullayev Avropa yığmasının heyətində rinqə çıxacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Macarıstanın paytaxtı Budapeştdə boks üzrə Avropa və Panamerika yığmalarının döyüşü keçiriləcək.

Azərbaycan Boks Federasiyasından Qaynarinfo-a verilən məlumata görə, noyabrın 14-də təşkil ediləcək gecəyə Azərbaycan millisinin idmançısı Məhəmməd Abdullayev də dəvət alıb.

+90 kq-da rinqə çıxacaq boksçumuz Gilbert Kabamba (ABŞ) ilə döyüşəcək.

Bu gün Macarıstana yollanan boksçu və məşqçisi Etibar Abdullayev noyabrın 15-də Bakıya qayıdacaq.

Qeyd edək ki, gecədə qadın və kişi boksçular hərəsi 5 çəki dərəcəsində güclərini yoxlayacaqlar. Döyüşlər Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.