Xəbər lenti

Əli Əsədov Teymur Musayevə yeni vəzifə verdi
Ölkə15:54 12.11.2026

Əli Əsədov Teymur Musayevə yeni vəzifə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişib.

Qaynarinfo xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, komissiyanın yeni sədri Baş nazirin müavini Teymur Musayev təyin olunub.

Qeyd edək ki, bu təyinatadək Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Baş nazirin sabiq müavini Əli Əhmədov idi.