Xəbər lenti

Sevda Əliqızının "Telegram" hesabı oğurlandı - Müğənnidən xəbərdarlıq
Maqazin14:47 12.11.2026

Sevda Əliqızının "Telegram" hesabı oğurlandı - Müğənnidən xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müğənni Sevda Əliqızının “Telegram” profili naməlum şəxslər tərəfindən ələ keçirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə sənətçinin özü məlumat yayıb. O, kontakt siyahısında olan həmkarlarını diqqətli olmağa çağıraraq, adından pul və ya başqa tələblərlə müraciət edilə biləcəyini bildirib:

“Ola bilər ki, adımdan nəsə yazıb pul tələb edərlər, yaxud nəsə istəyərlər. Aldana bilərsiniz, diqqətli olun, bu mənim profilim deyil. Mənim adımdan kimsə sizdən nəsə istəsə, inanmayın, bu mənim profilim deyil”.

Bahar Rüstəmli