Xəbər lenti

Brilliant Dadaşova sənət adamlarını qınadı: "Belə rəftar edən özü bədbəxtdir"
Maqazin14:29 06.11.2026

Brilliant Dadaşova sənət adamlarını qınadı: "Belə rəftar edən özü bədbəxtdir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xalq artisti Brilliant Dadaşova evlərində çalışan köməkçilərlə pis rəftar edən sənət adamlarından danışıb.

Qaynarinfo xəbər verir ki, müğənni belə insanları bədbəxt adlandırıb.

O, uzun illər evlərində çalışan köməkçisindən söz açaraq, ona ailə üzvü kimi münasibət göstərdiklərini bildirib:

“Evimdə köməkçim illərlə işləyib. Bir xanım evimdə 18 il çalışıb. Əgər rəhmətə getməsəydi, hələ də bizimlə olardı. Son illərdə yaşlandığı üçün biz ona qulluq edirdik. Bəzən görürəm ki, insanlar evlərində çalışan şəxslərlə elə rəftar edirlər ki, dəhşətə gəlirəm. Allah bu adamlara insani keyfiyyətlər verməyib. Evində çalışan bir insanla belə rəftar edən özü bədbəxtdir”.

Brilliant Dadaşova hər zaman zəiflərin, xüsusilə də qadınların müdafiəsinə qalxdığını vurğulayıb:

“Mən həmişə gücsüz insanların yanında olmuşam. İstər işçi olsun, istərsə də yaşlı insan - fərq etməz. Gücü zəif olanları həmişə müdafiə etmişəm və edəcəyəm də”.

Bahar Rüstəmli