
Muğam ifaçısı Mirələm Mirələmov doğum gününü Xalq artisti Nazpəri Dostəliyevanın bağında qeyd etməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Xanəndə Qaynarinfo-ya açıqlamasında bildirib ki, Nazpəri Dostəliyevanın evində ad günü keçirməyib:
"Evdəkilərə salam" verilişi Nazpəri xanımın evində çəkilirdi. Məni də verilişə dəvət etmişdilər. Çəkiliş baş tutub. Bunun mənim ad günümlə heç bir əlaqəsi yoxdur. Buradan hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, Mirələm Mirələmovun noyabrın 4-də 38 yaşı tamam olub. Sosial şəbəkələrdə Xalq artisti Nazpəri Dostəliyevanın xanəndənin ad gününü öz bağında təşkil etdiyi barədə məlumat yayılıb.
Bahar Rüstəmli