Xəbər lenti

TƏBİB-dən Polad Həşimovun anasının vəziyyəti barədə açıqlama
Ölkə10:46 05.11.2026

TƏBİB-dən Polad Həşimovun anasının vəziyyəti barədə açıqlama

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Qaynarinfo-ya bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasına hospitalizasiya olunub:

"Arterial hipertenziya, şəkərli diabet və ürək çatışmazlığı diaqnozları təyin edilən şəxsdə aparılan müayinələr zamanı pnevmoniya əlamətləri də aşkarlanıb. Pasiyentin müalicəsi xəstəxananın Terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir".

Qeyd edək ki, Səmayə Həşimovanın xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatı Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova verib.