Xəbər lenti

Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanıldı (VİDEO/YENİLƏNİB)
Ölkə10:18 05.11.2026

Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanıldı (VİDEO/YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb.

Qaynarinfo xəbər verir ki, Ordubad rayonunun Vənənd kəndində sahibkara məxsus obyektin qarşısındakı əraziyə ağır texnika vasitəsilə zərər vurulması faktı ilə bağlı araşdırma aparılıb.

Polis tərəfindən hadisəni törədən S.Qafarov saxlanılıb.

Fakta görə cinayət işi başlanılıb, hazırda araşdırma davam etdirilir.

10.00

Ordubad sakini ona məxsus çay evinin sökülməsindən şikayətçidir.

Qaynarinfo xəbər verir ki, “Xəzər Xəbər”ə müraciət edən vətəndaş Elxan Hacıyev iddia edir ki, Ordubad rayonunun Vənəd kəndində kupçalı torpaq sahəsində yerləşən obyekti bir qrup vəzifəli şəxs gecə saatlarında dağıdıb. Sahibkar baş verənlərin qanunsuz olduğunu bildirir və məsələyə aydınlıq gətirilməsini istəyir.

Vətəndaşın sözlərinə görə, söküntü nəticəsində ona 22-28 min manat arasında məbləğdə ziyan dəyib. Bununla yanaşı o, mülkiyyət hüquqlarının pozulduğunu iddia edir.

Vətəndaşın iddiaları ilə bağlı Ordubad Rayon İcra Hakimiyyətinin məsul şəxslərindən biri Emin Mehbalıyevlə əlaqə saxlanılıb. O, məsələnin müvafiq şöbə tərəfindən araşdırıldıqdan sonra cavab veriləcəyini bildirib.