Xəbər lenti

FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub
İdman23:13 04.11.2026

FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə beşinci oyununa çıxıb.

Qaynarinfo xəbər verir ki, H qrupunda Bolqarıstanın "Lokomotiv" kollektivinin qonağı olan "ağ-qaralar" 72:76 hesabı ilə məğlub olublar.

Oyun Plovdiv şəhərində keçirilib.

Xatırladaq ki, "Neftçi" qrupda keçirdiyi əvvəlki dörd görüşdə məğlub olub. Komanda "Fribur Olimpik"ə (İsveçrə) 73:78, Yunanıstan təmsilçisi "Mikonos"a 58:78, Latviyanın VEF kollektivinə 94:110, "Oradya"ya (Rumıniya) 83:99 hesabı ilə uduzub.