
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyinatı olub.
Qaynarinfo xəbər verir ki, bununla bağlı imzalanmış müvafiq əmrə əsasən, Şaiq Şükürov Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Şaiq Şükürov bu təyinatadək Füzuli Rayon Mərkəzi Xəstəxanasında çalışıb.