Xəbər lenti

Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı
Ölkə20:29 04.11.2026

Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün saat 15:00-dan etibarən 2-7-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesi başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat verib.

Agentliyin məlumatına görə, noyabrın 5-i saat 15:00-dan isə 8-11-ci sinif şagirdləri üçün elektron yerdəyişmə prosesi aktivləşdiriləcək.

Şagirdlərin elektron yerdəyişməsi bu portal vasitəsilə həyata keçirilir. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı Agentliyin və Təhsil Nazirliyinin yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, məktəbəhazırlıq qrupları və birinci siniflər üzrə elektron yerdəyişmənin başlanma tarixi barədə əlavə məlumat veriləcək.