Xəbər lenti

"Turan" komandası CEV Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
İdman22:23 03.11.2026

"Turan" komandası CEV Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Qaynarinfonun məlumatına görə, III təsnifat mərhələsində Bolqarıstanın "Maritsa" klubunun qonağı olan Azərbaycan çempionu 3:0 (25:22, 25:22, 25:20) hesablı qələbəyə sevinib.

Xatırladaq ki, tərəflər arasındakı cavab görüşü noyabrın 11-də keçiriləcək. "Turan" II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" komandasına qalib gəlib - 3:0, 3:2.