Xəbər lenti

Bred Pit və Ancelina Colinin daha bir övladı atasının soyadından imtina etdi
Maqazin18:31 03.11.2026

Bred Pit və Ancelina Colinin daha bir övladı atasının soyadından imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hollivud ulduzları Bred Pit və Ancelina Colinin əkiz qızlarından biri olan Vivyen rəsmi olaraq soyadını dəyişərək atasının soyadından imtina edib. Bundan sonra o, sənədlərdə yalnız anasının soyadını daşıyacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə “Entertainment Weekly” nəşri məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, 18 yaşlı Vivyenin “Coli-Pit” soyadının “Coli” ilə əvəzlənməsi barədə müraciəti noyabrın 2-də Los-Ancelesdəki Kaliforniya Ali Məhkəməsinin hakimi tərəfindən təsdiqlənib. Sənədlərdə qərara qarşı hər hansı etirazın olmadığı bildirilir.

Vivyen 18 yaşı tamam olduqdan sonra, iyul ayında soyadının dəyişdirilməsi üçün məhkəməyə müraciət edib. Onun bu qərarı şəxsi səbəblərlə verdiyi qeyd olunur. Gənc qız 2024-cü ildən etibarən ictimaiyyətə əsasən anasının soyadı ilə təqdim edilir.

Pit soyadından imtina edənlərin sayı artır

Vivyen Bred Pit və Ancelina Colinin atasının soyadından imtina edən ilk övladı deyil. Cütlüyün digər qızı Zahara da sentyabrın sonunda adını Zahara Marli Coli olaraq dəyişib.

Bundan əvvəl ailənin oğlu Meddoks və qızı Şaylo da Pit soyadından istifadə etməmək qərarına gəliblər. Vivyenin əkiz qardaşı Noksun da soyadını dəyişəcəyi barədə məlumatlar yayılıb. Bildirilir ki, o, məktəb sənədlərində Pit soyadını qeyd etdirməyib.

Hazırda cütlüyün övladları arasında qoşa soyadı saxlayan yeganə şəxs övladlığa götürülmüş oğulları Pakdır.

Qeyd edək ki, Ancelina Coli 2016-cı ildə şəxsi təyyarədə baş verdiyi iddia olunan mübahisədən sonra Bred Piti özünə və uşaqlarına qarşı zorakılıqda ittiham etmişdi. Hadisə ilə bağlı araşdırma aparılsa da, aktyora qarşı cinayət ittihamı irəli sürülməmişdi. Pit isə zorakılıq iddialarını dəfələrlə təkzib edib.

Aydın