Xəbər lenti

Rüfət Nasosnu internet provayderini ittiham etdi
Ölkə15:44 03.11.2026

Rüfət Nasosnu internet provayderini ittiham etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tanınmış meyxanaçı Rüfət Nasosnu məşhur şirkəti özbaşınalıqda ittiham edib.

Qaynarinfo xəbər verir ki, meyxanaçı SNTV, indiki KATV1 şirkətinin əməkdaşlarını laqeydlikdə günahlandırıb:

"Bir dəqiqə ödənişi gecikdirən kimi internet kəsilir. Amma ay ərzində 2-10 saat interneti vermirlər, kəsintilər olur. Zəng edirsən, üzr istəmək və s. yoxdur. Zəng edəndə operatora düşmək olmur, 3-5 manat xərcləyirsən, problem həllini tapmır. İndiki dövrdə 5 manat da puldur. Yaxşı, mənim imkanım var, zəng edə bilirəm, bəs pulu olmayan neynəsin?".

Meyxanaçı problemlə əlaqədar aidiyyəti qurumlardan dəstək istəyib:

"Xahiş edirəm, KATV1.AZ bu özbaşınalığına son qoysunlar".

Qeyd edək ki, SNTV ("SN Telecom" MMC) Sumqayıt şəhərində fəaliyyət göstərən kabel televiziyası və internet provayderidir. 2025-ci ilin dekabrında “SN Telecom” MMC (SNTV) və “Rahat Telecom” MMC “AG Telekom” MMC-yə (KATV1 brendi) birləşdirilib. Bu birləşmədən sonra SNTV hüquqi olaraq KATV1-in tərkibinə daxil olub və şirkət Sumqayıtda və ətraf ərazilərdə fəaliyyətini bu brend vasitəsilə davam etdirir.

Bahar Rüstəmli