Xəbər lenti

"Gün keçdi"nin Əsməri ekrana qayıda bilər - Yazıçı Anardan açıqlama
Sənət14:50 03.11.2026

"Gün keçdi"nin Əsməri ekrana qayıda bilər - Yazıçı Anardan açıqlama

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xalq yazıçısı Anar Rzayev Xalq artisti Leyla Şıxlinskayanın illərdir ürəyində gəzdirdiyi arzunun gerçəkləşməsi üçün ilk addımı atıb.

Qaynarinfo-ya daxil olan məlumata görə, Leyla Şıxlinskaya vaxtilə "Gün keçdi" bədii filmində canlandırdığı Əsmər obrazının sonrakı həyatından bəhs edən filmin çəkilməsini arzulayıb. Hətta aktrisa ekran əsəri üçün "Bu gün də keçdi" adını da seçib. Onun istəyinə görə, yeni filmdə “Gün keçdi”dən müəyyən kadrlar da yer almalıdır.

Məsələ ilə bağlı Xalq yazıçısı Anar Rzayevlə əlaqə saxladıq. Yazıçı Qaynarinfo-ya açıqlamasında Əsmərin sonrakı həyatından bəhs edən hekayə yazdığını bildirib:

"Hekayə hazırdır. İndi onu ssenari halına salmaq lazımdır. Film yalnız bundan sonra çəkilə bilər. Qalan məsələlər mənim səlahiyyətimdə deyil".

Bahar Rüstəmli