Xəbər lenti

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
Ölkə15:32 03.11.2026

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi çərçivəsində həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və onun müavini Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report"un məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi qərara alınıb.

Növbəti iclas noyabrın 13-nə təyin olunub.

Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi üzrə ittiham olunurlar.