
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyat və qəhrəmanlıq yolundan bəhs edən operanın quruluşu üzərində iş aparılır.
Bu barədə Qaynarinfo-ya açıqlamasında Opera və Balet Teatrının solisti, Xalq artisti Samir Cəfərov məlumat verib.
Onun sözlərinə görə, operada Mübariz İbrahimov obrazını şəxsən özü canlandıracaq.
Xalq artisti bildirib ki, hələlik operanın məşqlərinə başlanılmayıb. Hazırlıq işlərinin yaxın aylarda başlaması, tamaşanın isə gələn ilin fevral-mart aylarında təqdim olunması nəzərdə tutulur.
Qeyd edək ki, operanın bəstəkarı Nərminə Nağıyevadır.
Bahar Rüstəmli