Xəbər lenti

Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanıldı
Ölkə14:32 30.10.2026

Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Nəsimi rayonunda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.

"Report"un məlumatına görə, vətəndaşlardan birinin dələduzluğa məruz qalması barədə polisə müraciət daxil olub və keçirilən tədbirlərlə qeyd olunan əməli törədən C.Nəcəfov müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, C.Nəcəfov zərərçəkmişlə əlaqə yaradaraq onun oğluna hüquqi yardım göstərəcəyi vədini verərək zərərçəkmişdən 54 900 manat alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.