Xəbər lenti

Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi
Ölkə12:53 30.10.2026

Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya “Molotov kokteyli” atılıb.

Polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseynov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq onlar həbs ediliblər.

Araşdırma davam etdirilir.