Xəbər lenti

Yelo Invest-in yeni imkanı ilə portfelini daha yaxşı tanı!
Ekonomiks09:29 30.10.2026

Yelo Invest-in yeni imkanı ilə portfelini daha yaxşı tanı!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yelo Bank rəqəmsal investisiya xidməti Yelo Invest-də müştərilərə portfelini daha aydın görməyə imkan verən yeni “Analitika” funksiyasını istifadəyə verib. Ölkədəki investisiya tətbiqləri arasında bu imkan ilk dəfə Yelo Invest-də təqdim olunur.

Artıq müştərilər portfeldəki səhm və ETF-lərin ümumi mənzərədə nə qədər yer tutduğunu bir baxışda görə bilir. İnvestisiyaların hansı sektorlara yayıldığını isə rəngarəng və sadə qrafiklərlə izləmək mümkündür.
“Analitika” bölməsi təkcə portfeli deyil, bazarı da göstərir. Portfeldəki hansı səhmlərin dəyər qazandığını, hansılarının itirdiyini görməklə yanaşı, bütün bazar üzrə dəyər qazanan və itirən səhmləri də izləmək mümkündür. Beləliklə, növbəti addımı atmazdan əvvəl həm portfelin strukturunu, həm də bazarda baş verənləri bir yerdə görmək və qərarı daha əmin vermək olur.

Yelo Bank bu yeniliklə investorların portfelinə daha aydın baxmasına və qərarlarını daha rahat verməsinə şərait yaradır. 14 mindən çox investisiya alətini özündə cəmləyən Yelo Invest-də hesab açmaq isə bir neçə sadə addımdan ibarətdir: hesabını aç və səhm imkanlarını kəşf et! Üstəlik hər ay investorlar üçün komissiyasız investisiya alış həftəsi keçirilir. Daha ətraflı: https://ylb.az/invest.

Yelo Invest haqqında:

Yelo Invest Yelo Bank-ın Yelo App mobil tətbiqi daxilində təqdim etdiyi rəqəmsal investisiya platformasıdır. Platforma müştərilərə ABŞ və yerli bazarlarda geniş investisiya imkanlarını kəşf etmək imkanı verir. Yelo Invest xidməti Yelo Bank və “Unicapital İnvestisiya Şirkəti” ASC-nin birgə tərəfdaşlığı çərçivəsində təqdim olunur.

Bank xidmətləri ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram, Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!